Daha bir təmsilçimiz Avropa Liqasında mübarizəyə qoşulacaq
"Neftçi" Sloveniyanın "Koper" klubu ilə qarşılaşacaq.
Sportal.az xəbər verir ki, sabah keçiriləcək oyun üçün bu gün mətbuat konfransı keçirilib. Konfransda iştirak edən "Neftçi"nin baş məşqçisi Böyükağa Hacıyev açıqlamasında bunları deyib: Uzun müddətdir ki, görüşmürük. Sizin üçün darıxmışam. Sabah bizim üçün çox ağır bir oyundur. Rəqib güclü komandadır. Neçə gündür ki, analizlər gedir. 2 toplanış keçmişik. Deyərdim ki, komanda sabahkı oyuna hazırdır. Biz bunun üçün çalışmışıq. Rəqibə hörmətlə yanaşırıq. Çünki bir dəfə rəqibə qiymət verməmişik və bunun əziyytini çəkmişik. “Skenderbey” (“Skenderbeu”) hələ də yadımdan çıxmayıb. “Koper” standart vəziyyətlərdən daha yaxşı yararlanır. Öz oyunumuzla bir daha ictimaiyyətə çatdırmaq istəyirəm ki, “Neftçi” sabit komandadır”
saytlarin hazirlanmasi