Hər iki qarşılaşma canlı yayımlanacaq
	 
	Bu gün Avroliqanın II təsnifat mərhələsində iki təmsilçimiz mübarizə aparacaq. Bunlar ilk mərhələdə "Tiraspol"u mübarizədən kənarlaşdıran "İnter" və bu mövsüm debüt edən "Neftçi"dir. "Flaqman" doğma meydanda Sloveniya "Koper"ini qəbul edir, "İnter" isə "Elfsborq"un qonağı olacaq.
	 
	Sportal.az həmin qarşılaşmaları canlı izləməyin yollarını təqdim edir:
	 
	20:00. "Neftçi" - "Koper" (Sloveniya) - İdman Azərbaycan 
	21:00 "Elfsborq" (İsveç) - "İnter" - "İnter TV" (bu qarşılaşmanı Sportal.az vasitəsi ilə də canlı izləmək mümkündür)
                      
saytlarin hazirlanmasi