Droqba seçim qarşısında: Maurinyo yoxsa "Yuventus"?

19:13 - 19 İyul 2014

"Qalatasaray"ın üzvü klubdan ayrılmaq üzrədir
 
Hazırda azad agent olan Droqba “Yuventus”dan təklif alıb. Ancaq futbolçu Londona qayıdaraq yenidən Joze Maurinyonun rəhbərliyi altında işləmək istəyir.
 
Sportal.az xəbər verir ki, “Çelsi” rəhbərliyi  Droqbanı oynayan məşqçi kimi kluba dəvət edib. Demba Banın, Samuel Etonun “Çelsi”ni tərk etməsi 36 yaşlı Droqbanın Londona gəlmə ehtimalını artırır.
 
Qeyd edək ki, Droqba “Çelsi”nin heyətində 341 oyun keçirib, 157 qol vurub.

Xəbər xətti