Qurbanov komandasına qələbə qazandırıb
Premyer Liqanın 2014/2015 mövsümünə hazırlaşan "Sumqayıt" Futbol Klubu Türkiyədə növbəti yoxlama oyununu keçirib.
Sportal.az xəbər verir ki, Aqil Məmmədovun rəhbərlik etdiyi komanda Özbəkistan çempionu "Bunyodkor" üzərində minimal hesablı qələbə qazanıb. "Kimyaçılar"dan yeganə qolu Məhəmməd Qurbanov vurub. Oyunun gedişində Özbəkistan klubu penaltidən yararlana bilməyib.
Qeyd edək ki, "Sumqayıt" FK bundan qabaq İranın "Perspolis" klubu ilə qarşılaşmışdı (2:3).
saytlarin hazirlanmasi