Sportal.az xəbər verir ki, Aqil Məmmədovun rəhbərlik etdiyi komanda bu gün yoxlama oyununda Batumi "Dinamo"su ilə üz-üzə gələcək. Qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.
Xatırladaq ki, "Sumqayıt" ilk hazırlıq oyununda "Perspolis"ə 2:3 hesabı ilə məğlub olub, ikinci qarşılaşmada isə Özbəkistanın "Bunyodkor"una 1:0 hesabı ilə qalib gəlib.