Evra rəsmən "Yuventus"da

14:18 - 22 İyul 2014

İtaliya nəhəngi fransız futbolçunu heyətinə qatıb

 

"Mançester Yunayted"in təcrübəli futbolçusu Patris Evra komandanı tərk edib.

 

Sportal.az xəbər verir ki, o, karyerasını İtaliya A Seriyasında davam etdirəcək.

 

Fransalı oyunçu "Yuventus"a transfer olunub. Turin təmsilçisinin rəsmi saytının verdiyi xəbərə görə, Evra ilə iki illik müqavilə imzalanıb. Bu transfer üçün "Yuventus"a 1.5 milyon avroya başa gəlib.

 

Xəbər xətti