"Monako"Sneyderi heyətinə qatmaq istəyir

16:11 - 22 İyul 2014

Hollandiya millisinin üzvü Fransa klubuna transfer ola bilər

Hollandiya millisinin heyətində möhtəşəm oyunu ilə yadda qalan Uesli Sneyder "Monako"nun radarına düşüb.

 

Sportal.az  xəbər verir ki, fransız klubu Rodriqezin yerini "Qalatasaray"lı futbolçu ilə doldurmaq niyyətindədir.

 

Qeyd edək ki, Sneyderin "cimbom"la 2016-cı ilə qədər müqaviləsi davam edir.

Xəbər xətti