AZAL-da yeni təyinat FOTO

17:13 - 22 İyul 2014

Komandada yeni məşqçi
 
AZAL-da yeni təyinat rəsmiləşib.
 
Sportal.az xəbər verir ki, Azərbaycan futbolu üçün heç də yad sima olmayan Andrey Kolesnikov AZAL-da fiziki hazırlıq üzrə məşqçi kimi fəaliyyətə başlayıb. Buna qədər ölkəmizdə “İnter” (2006-2011) və “Kəpəz”də (2012/13) çalışmış Andrey Leonidoviç artıq işinin icrasına başlayıb.
 
Qeyd edək ki, ukraynalı mütəxəssis vətənində Donetsk “Metallurq”u (2001-2005), “Krivbass” (2005/06) və “İliçevets”də (2011/12) çalışıb.
 

Xəbər xətti