"Qarabağ" daha güclü olduğu üçün qalib gəldi"

00:38 - 23 İyul 2014

 Acius: "Çünki mənim fikrim heç nəyi dəyişmir"
 
“Valletta” klubunun baş məşqçisi Gilbert Acius Çempionlar Liqasının II təsnifat mərhələsinin “Qarabağ”la cavab oyunundan (0:4) sonra keçirilən mətbuat konfransında öz fikirlərini açıqlayıb..

Sportal.az xəbər verir ki, gənc mütəxəssis “Qarabağ”ın daha güclü olmasını etiraf edib: ““İlk növbədə rəqibi təbrik edirəm. “Qarabağ” daha yaxşı oynadı və qələbəyə layiq idi.Uzun müddət on nəfərlə oynadıq. Daha sonra doqquz nəfərlə qaldıq. Ehtiyat qüvvəmiz yoxdur. Hakim qərarları haqda danışmaq istəmirəm. Çünki mənim fikrim heç nəyi dəyişmir.

Özünüz epizodları gördünüz. Futbolda müəyyən məqamlar oyunun taleyini həll edir. Düşünürəm ki, “Qarabağ” daha güclü olduğu üçün qalib gəldi. “Qarabağ”ın heyətində güclü futbolçular çoxdur. Danilo Dias və Reynaldo Silvanı xüsusi qeyd edə bilərəm”.

Qeyd edək ki, "Vallettan"nı 4:0 hesabı ilə məğlub edən "Qarabağ" növbəti mərhələyə adlayıb. Ağdam təmsilçisi bu mərhələdə Avstriyanın "Zalsburq" klubu ilə qarşılaşacaq.

Xəbər xətti