4 qol vuruldu, "Xəzər Lənkəran" qələbəni əldən verdi

00:58 - 23 İyul 2014

Əliyev yenə fərqləndi
 
Yeni mövsümə Sloveniyada hazırlaşan "Xəzər Lənkəran" sözügedən ölkədəki toplanış çərçivəsində bu gün üçüncü yoxlama oyununa çıxıb.
 
Sportal.az xəbər verir ki, "ağ-yaşıllar"ın budəfəki rəqibi Serbiya təmsilçisi "Rad" klubu olub.

Qarşılaşmada 4 qol vurulsa da, qalib müəyyənləşməyib - 2:2. Cənub klubunun qollarını Tural Cəlilovla Rauf Əliyev vurublar.

Xatırladaq ki, "Xəzər Lənkəran" Sloveniyadakı ilk yoxlama oyununda Ukrayna "Karpatı"sına 2:1 hesabıyla qalib gəlmişdi. Oğuz Çətinin komandası Latviya təmsilçisi "Yurmala" ilə görüşdə də 3:1 hesabıyla üstün olmuşdu.

Yoxlama oyunu
22 iyul


Xəzər Lənkəran - Rad - 2:2

Xəbər xətti