Bu dəfə Gürcüstan təmsilçisi
	 
	"Neftçi" Avroliqanın II təsnifat mərhələsində səfərdə Sloveniya "Koper"ini 2:0 hesabı ilə məğlub edərək 3-cü mərhələyə yüksəlib.
	 
	Sportal.az xəbər verir ki, bu dəfə təmsilçimiz Gürcüstanın "Çixura" komandası ilə qarşılaşacaq. Bu komanda "Neftçi" üçün heç yad deyil. Belə ki, "flaqman" təxminən 1 ay əvvəl Türkiyədəki toplanış zamanı bu rəqiblə 2 dəfə qarşılaşıb. 
	 
	Bu matçların birində Gürcüstan təmsilçisi 3:2 hesabı ilə qalib gəlmişdi, digər qarşılaşma isə 1:1 hesabı ilə başa çatmışdı.
                      
saytlarin hazirlanmasi