Böyükağa Hacıyev: "Koper" azlıqda qalanda bizim işimiz lap çətinləşdi"

11:46 - 25 İyul 2014

"Bütün komandaya minnətdaram"
 
“Koper”i burada məğlub edəcəyimizə əmin idim”.

Sportal.az xəbər verir ki, bu sözləri “Koper” - “Neftçi” (0:2) matçında sonra keçirilən mətbuat konfransında Böyükağa Hacıyev deyib:

“Rəqibin 30 nömrəli furbolçusu səviyyəsindən aşağı oynayaraq qırmızı vərəqə aldı. Əslində “Koper” azlıqda qalanda bizim işimiz lap çətinləşdi. Amma qolumuzu vurub növbəti mərhələyə çıxdıq. Bütün komandaya minnətdaram. Əsl əzmkarlıq göstərdilər”.

Qeyd edək ki, “Neftçi”nin növbəti mərhələdəki rəqibi Gürcüstanın “Çixura” komandasıdır. Bu komandalar arasında ilk oyun iyulun 31-də Bakıda, cavab qarşılaşması isə bir həftə sonra Gürcüstanda keçiriləcək.

Xəbər xətti