Droqba ikinci dəfə "Çelsi"də! FOTO

21:50 - 25 İyul 2014

Futbolçu yenidən İngiltərəyə qayıdıb
 
"Qalatasaray"ın üzvü Didier Droqba keçmiş komandasına geri dönüb.
 
Sportal.az xəbər verir ki, "Çelsi" futbolçu ilə 1 illik müqavilə imzalayıb. 2004-2012-ci illərdə də London klubunun şərəfini qoruyan futbolçunu "Çelsi"li azarkeşlər qarşılayıb.
 
Qeyd edək ki, "Çelsi" "Atletiko" (Madrid)-dən Dieqo Koşta, Felipe Luiz, "Barselona"dan isə Fabreqası heyətinə qatıb. Əvəzində isə Samuel Etonu "Roma"ya satıb.

Xəbər xətti