"Sumqayıt" Türkmənistan təmsilçisi ilə bacarmadı

00:18 - 26 İyul 2014

6 qol vuruldu
 
Premyer Liqanın 2014/15 mövsümünə hazırlaşan "Sumqayıt" Türkiyədə növbəti yoxlama oyununu keçirib.
 
Sportal.az xəbər verir ki, Aqil Məmmədovun rəhbərlik etdiyi komanda Türkmənistan təmsilçisi "Altın Asır"la üz-üzə gəlib.

Maraqlı idman mübarizəsi şəraitində keçən görüş 3:3 hesablı heç-heçə ilə başa çatıb. Komandamızdan qolları Məhəmməd Qurbanov (2) və Tərzin Cahangirov vurub.

Xatırladaq ki, "Sumqayıt" ilk hazırlıq oyununda "Perspolis"ə (İran) 2:3 hesabı ilə məğlub olmuş, ikinci qarşılaşmada Özbəkistanın "Bunyodkor"una 1:0 hesabı ilə qalib gəlmiş və sonuncu yoxlama oyunundan Batumi "Dinamo"su ilə 2:2 hesablı heç-heçə ilə ayrılmışdı.

Yoxlama oyunu
25 iyul

Sumqayıt - Altın Asır - 3:3

Xəbər xətti