"Sumqayıt" üçün bu dəfə "Balkan"

00:48 - 27 İyul 2014

Komanda hazırlıqlarını davam etdirir
 
Premyer Liqada 2014/15 mövsümünə hazırlaşan "Sumqayıt" Türkiyənin Kartepe bölgəsində məşqlərini davam etdirir. Aqil Məmmədovun rəhbərlik etdiyi komanda gündə iki dəfə olmaqla hazırlaşır.

Sportal.az xəbər verir ki, heyətində zədəli oyunçu olmayan "Sumqayıt" bu gün sonuncu yoxlama oyununu keçirəcək. Komanda əvvəllər "Nebitçi" kimi tanınan, indi isə "Balkan" adlandırılan Türkmənistan təmsilçisi ilə üz-üzə gələcək. Qarşılaşma Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.

Xatırladaq ki, "Sumqayıt" FK ilk hazırlıq oyununda "Perspolis"ə 2:3 hesabı ilə məğlub olmuş, ikinci qarşılaşmada Özbəkistanın "Bunyodkor"una 1:0 hesabı ilə qalib gəlib, Batumi "Dinamo"su ilə 2:2 hesablı heç-heçə ilə ayrılıb və sonuncu yoxlama oyunundan "Altın Asır"la sülh bağlayıb (2:2).

Xəbər xətti