Qurbanov yenə fərqləndi
Premyer Liqada 2014/2015 mövsümünə hazırlaşan "Sumqayıt" Futbol Klubu Türkiyənin Kartepe bölgəsində məşqlərini davam etdirir.
Sportal.az xəbər verir ki, Aqil Məmmədovun rəhbərlik etdiyi komanda dünən sonuncu yoxlama oyununu keçirib. Komanda əvvəllər "Nebitçi" kimi tanınan indi isə "Balkan" FK adlandırılan Türkmənistan təmsilçisi ilə üz-üzə gəlib. Maraqlı idman mübarizəsi şəraitində keçən görüş 1:1 hesablı heç-heçə ilə başa çatıb. "Sumqayıt"ın yeganə qolunu Məhəmməd Qurbanov vurub.
Xatırladaq ki, "Sumqayıt" ilk hazırlıq oyununda "Perspolis"ə 2:3 hesabı ilə məğlub olmuş, ikinci qarşılaşmada Özbəkistanın "Bunyodkor"una 1:0 hesabı ilə qalib gəlib, Batumi "Dinamo"su ilə 2:2 hesablı heç-heçə ilə ayrılıb və sonuncu yoxlama oyunundan "Altın Asır"la sülh bağlayıb (2:2).
saytlarin hazirlanmasi