"Çixura"nın kapitanı: "Neftçi"ni çoxdan tanıyıram"

10:46 - 28 İyul 2014

"Bursaspor"u keçəcəyimizi düşünmürdük"
 
Gürcüstanın "Çixura" klubunun kapitanı David Odikadze Avropa Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində "Neftçi"yə qarşı keçirəcəkləri oyunlar ərəfəsində fikirlərini açıqlayıb.
 
Sportal.az xəbər verir ki, o, bunları söyləyib:
 
"Düzünü desəm, Türkiyə "Bursaspor"unu keçəcəyimizi düşünmürdük. Biz "Çixura"nı həm maliyyə, həm də idman planında üstələyən bir kluba qalib gəldik. "Neftçi"ni çoxdan tanıyıram. Bu, Azərbaycanın ən yaxşı komandalarından biridi. 2010-cu ildə bu ölkədə "İnter"lə çempion olmuşam. Biz həmin vaxt "Neftçi"ni kubok duelində də məğlub etmişdik. İyun ayında "Çixura" da "Neftçi" ilə iki yoxlama oyunu keçirdi. Amma yoxlama oyunu ilə rəsmi matçlar tamamilə fərqlənir. "Bursaspor" üzərindəki qələbədən sonra "Neftçi"ni də keçəcəyimizə inanırıq".

Xəbər xətti