"Neftçi" - "Çixura" matçının biletləri satışa çıxarıldı

14:29 - 28 İyul 2014

Satışda hədiyyəli biletlər də var
 
Avropa Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində keçiriləcək "Neftçi" - "Çixura" matçının biletləri bu gün saat səhər saatlarından satışdadır.

Klubun mətbuat xidmətindən Sportal.az-a verilən məlumata görə, 8500 bilet satışa buraxılıb.

Adi biletlərin qiyməti bir (1), VİP biletlərin qiyməti isə 10 manatdır. VİP bilet alan azarkeşlərə "Neftçi"nin azarkeş futbolkası və şərfi hədiyyə olunacaq.

Qeyd edək ki, "Neftçi" - "Çixura" oyunu iyulun 31-də, saat 20:00-da başlayacaq.

Xəbər xətti