"Neftçi" - "Çixura" matçının baş hakimi müəyyənləşdi

11:49 - 29 İyul 2014

Qarşılaşma rumınlərə tapşırıldı
 
Avropa Liqasının III təsnifat mərhələsinin ilk oyunu çərçivəsində keçiriləcək "Neftçi" - "Çixura" matçının hakimləri müəyyənləşib.
 
Sportal.az xəbər verir ki, bu qarşılaşma rumıniyalı hakimlər briqadasına tapşırılıb.

Görüşün baş hakimi Kristian Balaj olacaq. Ona Sebastian Corc və Ovidiu Artene köməklik edəcəklər. Dördüncü hakim funksiyasını isə Katalin Sorin Popa yerinə yetirəcək.

Qeyd edək ki, "Neftçi" - "Çixura" oyunu iyulun 31-də, saat 20:00-da başlayacaq

Xəbər xətti