"Çixura"nın baş məşqçisi: "Bu oyunda "Neftçi" favoritdi"

19:35 - 30 İyul 2014

"Stadionun sabah tam dolması məni qorxutmur"
 
Gürcüstanın "Çixura" klubunun baş məşqçisi Samson Fruidze Avropa Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində "Neftçi"yə qarşı keçirəcəkləri ilk oyun öncəsi fikirlərini açıqlayıb.
 
Sportal.az xəbər verir ki, o, bu gün Bakıda keçirilmiş mətbuat konfransında bunları söyləyib:

"İtiriləsi heç nəyimiz yoxdu. Çıxıb mübarizə aparacağıq. Qələbə qazanmaq üçün əlimizdən gələni edəcəyik. Oyunçularım inamlı danışırlarsa, bu, yaxşıdı. Uğur qazanmaq üçün yetərli gücümüz var. Bizim öz oyun üslubumuz var və onu tətbiq etməyə çalışacağıq. Bakıda bizi heç-heçə də qane edəcək. Bu oyunda "Neftçi" favoritdi. Rəqibi yaxşı tanıyıram. Stadionun sabah tam dolması məni qorxutmur. Buna alışmışıq".

Xəbər xətti