Türkiyəli mütəxəssis artıq Azərbaycandadır
Türkiyənin "Bursaspor" klubunun baş məşqçisi Şenol Günəş Azərbaycan Kubokunun qalibi "Neftçi"nin Avropa Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində Gürcüstan "Çixura"sına qarşı keçirəcəyi ilk oyunu canlı izləmək üçün Bakıya gəlib.
Sportal.az xəbər verir ki, türkiyəli mütəxəssis bu gün keçiriləcək oyunu "Bakcell Arena"da canlı izləyəcək.
Xatırladaq ki, "Çixura" Avroliqanın ikinci təsnifat mərhələsində məhz "Bursaspor"u mübarizədən kənarlaşdırıb - 0:0, 0:0, penaltilərlə 4:1.
saytlarin hazirlanmasi