Avropa Liqasının III təsnifat mərhələsində daha bir oyun keçirilib
"Neftçi" Gürcüstanın "Çixura" klubunu qəbul edib.
Sportal.az xəbər verir ki, "Neftçi"nin üstünlüyü ilə keçən oyun qolsub bərabərliklə yekunlaşıb. Oyundan sonra ənənəvi mətbuat konfransı keçirilib. Konfransda iştirak edən "Çixura"nın baş məşqçisi Samson Pruidze açıqlamasında bunları dilə gətirib:
“Ağır oyun oldu, çətin bir rəqibə qarşı oynadıq. “Neftçi”nin gücü məlumdur. Bir çox titulları var. Çox gözəl məşqçiyə və təcrübəli futbolçulara malik komandadır. Bu oyunda uğur bizim tərəfdə oldu. Şanslarımız olsa da, yararlana bilmədik. Cavab oyununa çox ciddi hazırlaşmalıyıq”. Biz sübut etdik ki, “Neftçi”dən zəif komanda deyilik. Gürcüstandan gələn azarkeşlərə təşəkkür edirəm. Onlar böyük yol qət edib gəliblər. Eyni zamanda “Neftçi” azarkeşləri də məni heyran etdi. Düzdür, biz “Neftçi” ilə müqayisə oluna bilmərik. Ancaq çalışacağıq ki, gələn oyunda mərhələ adlamaq üçün hər şey edək. Azərbaycan bizə qonşu ölkədir. Çalışacağıq ki, Gürcüstanda da “Neftçi”ni yaxşı qarşılaşayaq".
saytlarin hazirlanmasi