Hacıyev açıqladı: Kanales geri dönür?

00:49 - 1 Avqust 2014

"Hücumçu axtarışı davam edir"
 
"Neftçi"  klubu bombardiri Nikolas Kanalesi geri qaytarmaq üçün var qüvvəsi ilə çalışır.
 
Sportal.az xəbər verir ki, bu barədə "Neftçi" klubunun baş məşqçisi Böyükağa Hacıyev məlumat verib:

"Açıq deyirəm. Hücumçu axtarışı gedir, danışıqlar davam edir.  Əgər  biz "Çixura" səddini keçsək, tanış hücumçu gətirəcəyik. Konkretləşdirsək, söhbət Nikolas Kanalesdən gedir".

Qeyd edək ki, Kanales "Neftçi"nin sonuncu bombardiridir.

Xəbər xətti