Tahir Süleymanov: "Biz onların səviyyəsini gördük"

01:25 - 1 Avqust 2014

"Biz çalışacağıq buna son qoyaq"
 
"Bu oyunda "Çixura"nın səviyyəsini gördük. Bu komanda bir qayda olaraq müdafiədə oturur. Tiflisdə daha yaxşı oynayacağıq. Mərhələ keçməyi çox istəyirik".
 
Sportal.az
xəbər verir ki, bu sözləri "Neftçi"nin sabiq vitse-prezidenti Tahir Süleymanov Avropa Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində Çürcüstan "Çixura"sına qarşı keçirilmiş ilk oyundan sonra "DailySport"a açıqlamasında dedi.
 
O, sözlərinə belə davam etdi: "Bursaspor"un səhvlərini təkrarlamaq istəmirik. "Çixura"ya heç kim qol vura bilmir? Biz çalışacağıq buna son qoyaq".
 
Süleymanov xəritə qalmaqalına da münasibət bildirdi: "Biz Gürcüstan komandasını, azarkeşlərini çox yaxşı qarşıladıq. Amma "Çixura" fanatları burada xoşagəlməz hərəkətlərlə yadda qaldılar.
 
Fikrimcə, onların arasında təxribatçılar da var idi. Amma məncə, onlar gürcü deyildilər. Gürcülərin belə hərəkət edəcəyinə inanmıram. Biz artıq buna görə "Çixura" rəsmilərinə öz fikrimizi bildirmişik".

Xəbər xətti