Azarkeşlər "Neftçi"yə dəstək üçün Gürcüstana yola düşür FOTO

23:00 - 3 Avqust 2014

Azarkeşlər dəstək verməyə gedir

"Neftçi" Avropa Liqasının III təsnifat mərhələsində cavab oyununa çıxacaq.

Sportal.az xəbər verir ki, Gürcüstanda "Çixura" ilə keçiriləcək oyunda paytaxt təmsilçimiz "Neftçi", azarkeşsiz qalmayacaq. Belə ki, "Sector11" Azad azarkeş qrupu klubumuza dəstək üçün Gürcüstana gedəcək. Avqustun 6-da axşam səfərə 1 avtobus ilə yola düşəcək azarkeşlər avqustun 7-də oyundan sonra geriyə qayıdacaqlar.

Qeyd edək ki, Bakıda keçirilən ilk oyunda klublar qolsuz bərabərliklə oyunu yekunlaşdırmışdı. 

 

Xəbər xətti