“Çixura” – “Neftçi” oyunu canlı yayımda

14:02 - 5 Avqust 2014

Qarşılaşma avqustun 7-də saat 22:00-da başlayacaq

 

Avropa Liqasının III təsnifat mərhələsinin cavab oyunları çərçivəsində keçiriləcək “Çixura” (Gürcüstan) – “Neftçi” (Azərbaycan) oyunu canlı yayımlanacaq.

 

Sportal.az xəbər verir ki, avqustun 7-də baş tutacaq qarşılaşma “İdman Azərbaycan” telekanalının efirində olacaq.

 

 Görüş Tiflisdəki Mixail Mesxi adına stadionda keçiriləcək. Qarşılaşma Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.   

Qeyd edək ki, Bakıdakı ilk oyun 0:0 hesabı ilə başa çatıb.

Xəbər xətti