UEFA müraciəti qəbul etdi
“Neftçi” dünya miqyasında tanınan futbolçu Ələkbər Məmmədovun yaxın günlərdə vəfat etməsi ilə bağlı Avropa Liqasının üçüncü təsnifat mərhələsinin “Çixura” ilə Gürcüstanda keçiriləcək cavab oyununun 1 dəqiqəlik sükutla başlanması üçün UEFA-ya müraciət edib.
Sportal.az xəbər verir ki, UEFA bu məsələyə baxdıqdan sonra “Çixura” – “Neftçi” matçının 1 dəqiqəlik sükutla başlanmasına razılıq verib.
Qeyd edək ki, oyun avqustun 7-də keçiriləcək və Ələkbər Məmmədovun xatirəsi 1 dəqiqəlik sükutla anılacaq.
saytlarin hazirlanmasi