"Çixura" "Neftçi" ilə oyunda əsas azarkeş qrupunun dəstəyini hiss etməyəcək

12:00 - 6 Avqust 2014

UEFA gürcüləri cəzalandırıb

 

UEFA Gürcüstanın "Çixura" klubunu cəzalandırıb.

 

Sportal.az xəbər verir ki, buna səbəb sözügedən komandanın azarkeşlərinin Türkiyənin "Bursaspor", eləcə də Azərbaycanın "Neftçi" klubları ilə Avropa Liqası çərçivəsindəki oyunlarda xoşagəlməz şüarlar, siyasi plakatlar açması səbəb olub.

 

Bu üzdən də UEFA rəsmiləri bu komandanın ən radikal azarkeşlərinin yerləşdiyi tribunanın bağlanmasına qərar verib. Həmin fanatlar "Neftçi" ilə cavab oyununda stadiona buraxılmayacaqlar.

Xəbər xətti