"Çixura"nın baş məşqçisi:"Çox gözəl oyun oynadıq"

01:00 - 8 Avqust 2014

"Bizimkilərlə müqayisədə onlar daha təcrübəli futbolçulardı"
 
"Çixura"nın baş məşqçisi mətbuat konfransında iştirak edib.
 
Sportal.az xəbər verir ki, baş məşqçi açıqlamasında bunları dilə gətirib:
 
“Bizim ehtiyat bazamız çox zəif idi. Amma, buna baxmayaraq, çox gözəl oyun oynadıq. Müdafiəmiz əsasən yarımmüdafəçilərdi. Taktikanı dəyişmək heç nəyə xeyir olmayacaqdı. Bizim üçün əsas gözəl oyun göstərmək idi. Bunu da bacardıq. Oyunu başlayanda hücumla başlaya bilməzdik. “Neftçi”nin hücumçuları daha sürətlidir. Bizimkilərlə müqayisədə onlar daha təcrübəli futbolçulardı. Azərbaycandakı klubların maliyyə dəstəyi daha yüksəkdir. Ona görə də, onlar xaricdən futbolçu ala bilir. Biz, oyunumuzu Azərbaycan yönündə yox, Türkiyə yönündə inkişaf etdirmək istərdik.

Xəbər xətti