"Respublika stadionu "Neftçi" üçün çox uğurludur"
Xəbər verdiyimiz kimi, Avropa Liqasının pley-off mərhələsində "Neftçi" Serbiyanın "Partizan" klubunu "Bakcell Arena"da yox, Tofiq Bəhramov adına Respublika stadionunda qəbul edəcək.
Sportal.az Rekord.az-a istinadən xəbər verir ki, paytaxt klubunun prezidenti Sadıq Sadıqov bunu azarkeş marağının artması ilə izah edib.
Bundan başqa, klub prezidentinin fikrincə, Respublika stadionu "Neftçi" üçün çox uğurludur və burdakı ab-hava, atmosfer tamam fərqli olur.
saytlarin hazirlanmasi