Nazim Əliyev: "Gənc futbolçular etimadı doğrultmadılar"

20:41 - 10 Avqust 2014

“Təəssüf ki, cempionata məğlubiyyətllə başladıq"

 

Azərbaycan Premyer Liqasının ilk turunda Naxçıvana səfər edən “Neftçi” yerli “Araz Naxçıvan”a 0:3 hesabı ilə məğlub olub.

 

Sportal.az xəbər verir ki, “Neftçi” klubunun məşqçisi: Nazim Əliyev qarşılaşma ilə bağlı bunları söyləyib:

“Təəssüf ki, cempionata məğlubiyyətllə başladıq. Bugünkü oyunda gənc futbolçularımızı yoxlamaq istəyirdik. Həmin gənclərin Avroliqada oynamaq şansları az olduğundan daxili çempionatda sınadıq. Ancaq 3-4 futbolçunu çıxmaqla, demək olar ki, heç biri etimadı doğrultmadı. “Araz Naxçıvan”ı qələbə münasibəti ilə təbrik edirəm”.

Xəbər xətti