Kanales: "Karyeramın ən uğurlu dövrünü burada keçirmişəm"

10:25 - 13 Avqust 2014

11 nömrəli formanı geyinəcək
 
Çilili futbolçu Nikolas Kanales bu gün “Neftçi” ilə məşqlərə başlayıb. Komandamızın təlim-məşq bazasında baş tutmuş məşqdən öncə hücumçu komanda yoldaşları ilə görüşüb. Qeyd edək ki, Nikolas Kanales “Neftçi”də 11 nömrəli formanı geyinəcək.
 
Sportal.az xəbər verir ki, daha sonra “Neftçi”-nin hücumçusu Nikolas Kanales klubun rəsmi saytına açıqlama verib: “Neftçi” mənim üçün doğma klubdur. Burada özümü yeni hesab etmirəm. Karyeramın ən uğurlu dövrünü burada keçirmişəm.
 
“Neftçi”nin heyətində Avropa Liqasının qrup mərhələsində oynamışam. Çempionatda da ən məhsuldar oyunçu olmuşam. Məqsədim odur ki, Avropadakı nailiyyətimizi yenidən təkrarlayaq. Komandanın heyəti də buna imkan verir. “Neftçi”də kifayət qədər güclü futbolçular cəmləşib və inanıram ki, birlikdə biz qarşıya qoyulan vəzifənin öhdəsindən gələcəyik.“Neftçi” azarkeşini çox sevirəm və bilirəm ki, onlar da mənim üçün darıxıb. Çalışacağam ki, vuracağım qollarla onları yenə də sevindirim”.

Xəbər xətti