İtaliya Futbol Federasiyası 45 yaşlı mütəxəssislə müqavilə bağladı
AVRO-2016-nın seçmə mərhələsində milli komandamızın rəqibi olan İtaliya yığmasının yeni baş məşqçisinin adı məlum olub.
Sportal.az xəbər verir ki, italyanların yeni çalışdırıcısı Antonio Kontedir.
“Yuventus”un sabiq baş məşqçisi ilə İtaliya Futbol Federasiyası arasında 2 illik müqavilə bağlanıb. 45 yaşlı mütəxəssis baş məşqçi postunda DÇ-2014 final mərhələsində uğursuzluqla üzləşərək istefa verən Çezare Prandellini əvəzləyib
İtaliya yığmasının yeni baş məşqçisinin qazancı da məlum olub. Konte təxminən 4,2 milyon avro qazanacaq. Bunun 1,7 milyon avrosunu federasiya, 2,5 milyon avrosunu isə “Puma2 şirkəti ödəyəcək. Konte bununla da milli məşqçiləri arasında 3-cü ən yüksək ödənişli çalışdırıcı olacaq. İtaliyalı məşqçi maaşına görə yalnız İngiltərə millisinin baş məşqçisi Roy Hocson və Rusiya yığmasını çalışdıran Fabio Kapellodan geri qalır.
Qeyd edək ki, Azərbaycan və İtaliya milliləri arasında ilk oyun bu ilin oktyabrında keçiriləcək.
saytlarin hazirlanmasi