"Neftçi"nın müdafiəçisinə iki oyunluq cəza və xəbərdarlıq
AFFA-nın Apellyasiya və Ekspert Komitəsinin növbəti iclası keçirilib.
Sportal.az qurumun saytına istinadən xəbər verir ki, iclasda “Neftçi”nin müdafiəçisi Elvin Yunuszadə barədə müraciətə baxılıb. Müzakirələrdən sonra oyunçu ilə bağı verilən qərar qismən dəyişdirilib.
Elvin Yunuszadə intizam tədbiri olaraq 2 oyunluq kənarlaşdırılıb, digər 2 matçlıq cəzadan isə 6 aylıq sınaq müddəti tətbiq edilməklə azad olunub. 6 aylıq sınaq müddəti ərzində futbolçu rəqibə aqressiv hərəkətlərə yol verəcəyi halda ona təyin olunmuş intizam tədbiri hazırkı azad olunmuş cəzaya əlavə olunacağı bildirilib.
Qeyd edək ki, Yunuszadə ötən mövsüm Azərbaycan Premyer Liqasının sonuncu turunda "Simurq"la matçda aqressiv hərəkət etdiyinə görə 4 oyunluq cəzalandırılmışdı.
saytlarin hazirlanmasi