"Neftçi"də növbəti itki

14:55 - 18 Avqust 2014

Bruno Bertuççi də sıradan çıxdı 

 

Avqustun 21-i Avropa Liqasının pley-off mərhələsində Serbiyanın "Partizan" klubu ilə səfərdə qarşılaşacaq "Neftçi" daha bir futbolçusunun xidmətindən məhrum olub.

 

Sportal.az  Futbol11.az saytına istinadən xəbər verir ki, cəzalı olan Karlos Kardosonun ardınca "ağ-qaralar"ın aparıcı üzvlərindən olan Bruno Bertuççi də meydana çıxa bilməyəcək.

 

Komandanın mətbuat katibi Gündüz Abbaszadə bildirib ki, Bruno səfər qarşılaşmasına aparılsa da, zədəsi olduğundan , böyük ehtimalla forma geyinməyəcək.

Xəbər xətti