Komandamız sabah məşqə çıxacaq 
	 
	Avroliqanın pley-off mərhələsində ölkəmizi təmsil edəcək “Neftçi”nin Serbiyaya səfər edəcəyi vaxt məlum olub. 
	 
	 
	Sportal.az xəbər verir ki,  “ağ-qaralar” bu gün axşam saatlarında klubun bazasında bir araya gələcək. Bakı vaxtı ilə saat 04:30-da komanda Serbiyanın paytaxtı Belqrada yollanacaq. “Neftçi”nin marşrut qrafiki Bakı – İstanbul – Belqrad reysi üzrə olacaq. Komanda artıq sabah Serbiyada ilk məşqinə çıxacaq.
	 
	Qeyd edək ki, “Neftçi” avqustun 20-də Serbiya çempionu “Partizan”ın qonağı olacaq. Bu görüş Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.
                      
saytlarin hazirlanmasi