Pley-of mərhələsi
Bu gün Çempionlar Liqasında pley-off mərhələsinin oyunlarına start verilib.
Sportal.az-ın məlumatına görə, ilk oyun günündə beş qarşılaşma baş tutub.
Türkiyənin "Beşiktaş" klubu öz meydanında İngiltərə nəhəngi "Arsenal"ı qəbul edib. Oyunda hesab açılmayıb.
"Qarabağ"ı mübarizədən kənarlaşdıran Avstriyanın "Zalsburq" klubu isə "Malmö"nü (İsveç) sınağa çəkib. Qarşılaşma Avstriya çempionunun 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, pley-off mərhələsinin digər beş qarşılaşması bu axşam keçiriləcək. Bütün qarşılaşmalar eyni saatda, Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.
19 avqust
Çempionlar Liqası, pley-off mərhələsi
23:45. "Beşiktaş" (Türkiyə) - "Arsenal" (İngiltərə) - 0:0
Qırmızı vərəqə: Aron Remsi, 80 ("Arsenal")
23:45. "Kopenhagen" (Danimarka) - "Bayer" (Leverkuzen, Almaniya) - 2:3
Qollar: Kebinq, 5 (0:1), Yorgensen, 9 (1:1), Amartey, 13 (2:1), Bellarabi, 31 (2:2), Sonq Henq-Min, 43 (2:3)
23:45. "Napoli" (İtaliya) - "Atletik" (Bilbao, İspaniya) - 1:1
Qollar: Muniain, 41 (0:1), Hiquain, 68 (1:1)
23:45. "Zalsburq" (Avstriya) - "Malmö" (İsveç) -2:1
Qollar: Şimer, 16 (1:0),Soriano, 54 (2:0), Forsberq, 90 (2:1)
23:45. "Styaua" (Rumıniya) - "Ludoqorets" (Bolqarıstan) - 1:0
Qol: İancu, 83 (1:0)
saytlarin hazirlanmasi