Böyükağa Hacıyev jurnalistlərin suallarını cavablandıracaq

16:27 - 20 Avqust 2014

Komandamız məşqi  23:00-da başlayacaq

Avropa Liqasının pley-off mərhələsi çərçivəsində  "Partizan"ının qonağı olan"Neftçi" bu gün oyun öncəsi son məşqinə çıxacaq. 

Sportal.az xəbər verir ki, komandamız məşqi Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

"Partizan" stadionunda baş tutacaq məşqdən yarım saat əvvəl baş məşqçi Böyükağa Hacıyev yerli jurnalistlər üçün mətbuat konfransı keçirəcək.

Qeyd edək ki, "Partizan" - "Neftçi" oyunu sabah - avqustun 21-də keçiriləcək və saat 23:15-də start götürəcək.

Xəbər xətti