Kanales "Partizan"a qarşı oynayacaq?

18:15 - 20 Avqust 2014

Çilili futbolçunun transfer vərəqəsi gəldi
 
Sabah Avropa Liqasının pley-off mərhələsi çərçivəsində “Partizan”la qarşılaşacaq “Neftçi”yə Nikolas Kanaleslə bağlı şad xəbər gəlib.
 
Sportal.az xəbər verir ki, artıq Çili Futbol Federasiyası təcrübəli hücumçunun transfer vərəqəsini kluba göndərib. Paytaxt təmsilçisi ilə müqavilə imzalayan Kanalesin “Partizan”la görüşdə meydana çıxmasına heç bir problem qalmayıb. Baş məşqçi Böyükağa Hacıyev forvarda şans verəcəyi halda o, komandasına kömək edə biləcək.

Xəbər xətti