Böyükağa Hacıyev: "Cütün taleyi Bakıdakı oyunda həll olunacaq"

03:34 - 21 Avqust 2014

"Partizan"ı yaxşı yanıyırıq"
 
Avropa Liqasının pley-off mərhələsi çərçivəsində keçiriləcək “Partizan” – “Neftçi” matçı öncəsi mətbuat konfransı baş tutub.
 
Sportal.az xəbər verir ki, tədbirdə “Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyev oyun haqda fikirlərini bildirib:

“Partizan”ı yaxşı yanıyırıq, ciddi rəqibdi, güclü futbolçuları var. Bu rəqiblə 2 il əvvəl qarşılaşmışdıq. Üstəlik, komandanın son oyunlarını da izləmişəm. Bu “Partizan” 2 il əvvəlkindən qat-qat güclüdü. Fikrimcə, cütün taleyi Bakıdakı oyunda həll olunacaq. Komandamıza inanıram. Ümid edirəm ki, azarkeşlər sabah maraqlı qarşılaşmanın şahidi olacaqlar”.

Qeyd edək ki, mətbuat konfransından sonra “Neftçi”nin məşqi baş tutub.

Xəbər xətti