Klub rəsmiləri və futbolçular ümummilli liderimizi unutmadı
	 
	Avropa Liqasının "play-off" mərhələsi çərçivəsində bu gün “Partizan”la qarşılaşacaq “Neftçi” klubunun  üzvləri ötən gün Belqradın “Taş meydanı” adlanan ərazisindəki parkda Azərbaycanın Ümummilli lideri Heydər Əliyevin abidəsini ziyarət ediblər.
	
	Sportal.az xəbər verir ki, klub rəsmiləri, məşqçilər, futbolçular və onlarla birlikdə olan Azərbaycanın Serbiyadakı səfirliyinin əməkdaşları Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyublar.
	
	“Partizan” - “Neftçi” oyunu Bakı vaxtı ilə bu gün saat 23:15-də başlanacaq.
	 
                      
saytlarin hazirlanmasi