"Neftçi" - "Partizan" matçının biletləri 5 fərqli qiymətə

11:44 - 21 Avqust 2014

Biletlər satışa çıxır
 
Avropa Liqasının pley-off mərhələsinin cavab oyunu çərçivəsində keçiriləcək “Neftçi” – “Partizan” matçının biletləri sabah satışa çıxarılacaq.

Sportal.az xəbər verir ki, qiyməti sektorlara uyğun olaraq 1, 2, 5, 10 və 50 manat olacaq biletləri saat 12:00-dan etibarən Tofiq Bəhramov adına Respublika stadionunun və 8-ci km qəsəbə stadionunun kassalarından əldə etmək mümkün olacaq.

Qeyd edək ki, avqustun 28-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək görüş saat 21:00-da başlanacaq.

Xəbər xətti