Türkiyə klubuna şad xəbər

19:26 - 23 Avqust 2014

Avropa Liqasının pley-off mərhələsində “Trabzonspor”la oyuna cəzalı futbolçu buraxan “Rostov”a texniki məğlubiyyət veriləcək
 
Bu barədə “Trabzonspor” klubu rəsmi açıqlama ilə çıxış edib: “2011-2012 mövsümündə “Standart” Lyej-“Visla” Krakov qarşılaşması zamanı 3 oyunluq cəza alan futbolçu Reginal Qoreuxu cəzası bitmədiyi halda meydana buraxdığına görə “Rostov” klubundan UEFA-nın nizam-intizam komitəsinə şikayət olunub.
 
Sportal.az xəbər verir ki, nizam-intizam komitəsi 26 avqustda keçiriləcək iclasda “Rostov” klubuna texniki məğlubiyyət verəcək”.
 
21 avqustda Trabzonda keçirilən oyunda “Trabzonspor” “Rostov”-u 2:0 hesabı ilə məğlub etmişdi.

Xəbər xətti