"Neftçi" - "Partizan" matçı hansı stadionda keçiriləcək: Respublika, yoxsa "Bakcell Arena"da?

00:06 - 24 Avqust 2014

 Stadionun ot örtüyünə baxılıb

 "Neftçi" - "Partizan" oyununun "Bakcell Arena"da keçirlməsi ilə bağlı məlumatlar yayılmışdı.
 
Sportal.az xəbər verir ki, artıq oyunun keçiriləcəyi stadion dəqiqləşib. UEFA Avropa Liqasının play-off mərhələsi çərçivəsində keçiriləcək "Neftçi"-"Partizan" (Serbiya) matçı T.Bəhramov adına Respublika stadionunda təşkil olunacaq. "Neftçi" PFK nümayəndələrinin mərkəzi arenanın direktoru Akif İsmayılov və arenanın ot örtüyünə nəzarət edən ingiltərəli mütəxəssislərlə görüşündən sonra, oyunun T.Bəhramov adına Respublika stadionunda keçirilməsi bir daha təsdiq olunub.

Xəbər xətti