"Neftçi" - "Partizan" matçının bilet satışları bərpa edilir

00:19 - 24 Avqust 2014

Səhər saatlarından hər kəs bilet ala bilər
 
UEFA Avropa Liqasının play-off mərhələsi çərçivəsində keçiriləcək "Neftçi"-"Partizan" matçına bilet satışı bu gün səhər saatlarından etibarən bərpa ediləcək.
 
Sportal.az xəbər verir ki, azarkeşlər biletləri oyunun təşkil olunacağı T.Bəhramov adına stadionun və eyni zamanda "Bakcell Arena"nın kassalarından ala bilərlər. Azarkeşlər nəzərə alınaraq stadionun 80%-ni təşkil edən sektorlara biletlərin qiyməti 1 manatdır. Mərkəzi sektorlara olan biletlərin qiyməti 2-10 manat arasında dəyişir. VİP bölmələrə biletlərin qiyməti 50 manatdır. Qeyd edək ki, bir azarkeş 5 və ya daha artıq sayda bilet aldıqda şəxsiyyət vəsiqəsinin əslini və surətini kassaya təqdim etməlidir.

Xəbər xətti