"Neftçi"nin taleyi avstriyalılara tapşırıldı

00:44 - 24 Avqust 2014

Hakimlər bəlli oldu
 
UEFA Avropa Liqasının "play-off" mərhələsinin cavab oyunu çərçivəsində "Neftçi" - "Partizan" klubları üz-üzə gələcəklər.
 
Sportal.az xəbər verir ki, bu görüşə hakim təyinatları açıqlanıb.

Oyunu Avstriyadan olan hakimlər idarə edəcək. Qarşılaşmanın baş hakimi Robert Şörgenhofer olacaq. Ona kömək edən referilərin kimliyinə gəlincə, bunlar Matias Vinsauerlə Roland Brandnerdi. 4-cü hakim funksiyasını Dominik Uşan yerinə yetirəcək. Hakim-inspektor kimi fransız Mişel Votro olacaq. Matçın UEFA nümayəndəsi Belçikadan Kriss Bellondu.

"Neftçi" - "Partizan" dueli avqustun 28-də axşam saat 21:00-da start götürəcək.

Xəbər xətti