"Neftçi"nin rəqibindən darmadağın

01:20 - 25 Avqust 2014

"Partizan" liderliyə yüksəldi
 
Avroliqanın pley-off mərhələsində təmsilçimiz “Neftçi”nin rəqibi olan “Partizan”  Serbiya çempionatında üçüncü turun oyununa çıxıb.

Sportal.az xəbər verir ki, Belqrad təmsilçisi öz meydanında “Donji Srem”i qəbul edib.

Oyun meydan sahiblərinin böyükhesablı qələbəsi ilə başa çaıb – 3:0. Beləliklə, ardıcıl üç oyunda qalib gələn “Partizan” doqquz xalla liderliyə yüksəlib.


Qeyd edək ki, “Partizan”ın növbəti matçı avqustun 28-i Bakıda “Neftçi”yə qarşı olacaq.

Xəbər xətti