"Neftçi" azarkeşlərə müraciət etdi

17:52 - 25 Avqust 2014

 "Biletlərinizi daha tez əldə edin"
 
“Neftçi” klubu azarkeşlərə səslənib.
 
Sportal.az klubun rəsmi saytında yer alan “Azarkeşlərinə nəzərinə” başlıqlı xəbəri təqdim edir:

UEFA Avropa Liqasının pley-off mərhələsi çərçivəsində avqustun 28-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Neftçi” – “Partizan” matçına bilet satışı davam edir. Qara bazarda qanunsuz bilet satışının qarşısını almaq və kassaların önündə sıxlığın yaranmaması üçün azarkeşlərdən xahiş edirik ki, biletləri oyun günü yox, daha tez əldə etsinlər.

Xatırladaq ki, biletlər Tofiq Bəhramov adına Respublika stadionunun və “Bakcell Arena”nın kassalarında satılır. Bir azarkeş 5 və ya daha artıq sayda bilet aldıqda şəxsiyyət vəsiqəsinin əslini və surətini kassaya təqdim etməlidir.

Xəbər xətti