Nildo ilə müqaviləyə xitam verildi "Xəzər Lənkəran" Futbol Klubu və futbolçu Junior Nildo arasında olan müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verildi. Sportal.az xəbər verir ki, keçən yay komandaya qoşulan braziliyalı forvard "Xəzər Lənkəran"ın heyətində 39 oyun keçirməklə 10 qol vurub. "Xəzər Lənkəran" FK Junior Nildoya gələcək karyerasında uğurlar arzulayır. saytlarin hazirlanmasi