"Neftçi" - "Partizan" matçına nə qədər bilet satılıb?

14:11 - 26 Avqust 2014

Bilet satışı davam edir
 
UEFA Avropa Liqasının pley-off mərhələsi çərçivəsində keçiriləcək "Neftçi" - "Partizan" oyununa bilet satışı davam edir.

Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, son iki gün ərzində 8 mindən artıq bilet satılıb.

Qeyd edək ki, avqustun 28-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Neftçi" - "Partizan" oyunu saat 21:00-da başlayacaq.

Xəbər xətti